BİZNES

Biznes islahatalarının əhatə dairəsi AÇIQLANIB
09 SENTYABR
75

Biznes islahatalarının əhatə dairəsi AÇIQLANIB

2019-09-09 15:28:00

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi qarşıya prioritet vəzifələr kimi qoyulub. Ötən illər ərzində həmin istiqamətlərdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.

Fins.az xəbər verir ki, biznes islahatları satınalma, elektron məhkəmə, elektrik enerjisinə qoşulma, tikinti icazələri, əmlakın qeydiyyatı, daşınar əmlakın yüklülüyü, elektron qaimə, “Yaşıl dəhliz” və “onlayn” ixrac ərizəsi kimi sahələri əhatə edib. Azexport.az və Rəqəmsal ticarət qovşağı platformaları yaradılıb, ticarət nümayəndəlikləri, ixrac missiyaları və ticarət evlərinin fəaliyyəti gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır