BİZNES

Baş Nazir ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması qaydalarını dəyişdi
08 SENTYABR
732

Baş Nazir ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması qaydalarını dəyişdi

2019-09-08 00:10:00

"Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” "Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilsin.

Azərbaycan Respublikasının Baş Naziri
Novruz Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır