BİZNES

Azərbaycanla bu ölkə arasında biznes forum keçiriləcək
06 SENTYABR
195

Azərbaycanla bu ölkə arasında biznes forum keçiriləcək

2019-09-06 17:44:00

Sentyabr ayının ikinci ongünlüyündə Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək.  İqtisadiyyat Nazirliyindən fins.az-a verilən məlumata görə, sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək”,  məlumat verilib.

Bu məsələ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev ilə Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rüstəm Soliyevin görüşü zamanı müzakirə mövzusu olub.

Y.Abdullayev ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi istiqamətində görülən işlər, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması və s. barədə səfirə məlumat verib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır