BİZNES

Dünyada ən bahalı kommersiya xidmətini bu şirkət göstərir
06 SENTYABR
254

Dünyada ən bahalı kommersiya xidmətini bu şirkət göstərir

2019-09-06 17:18:00

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə müştərilərinə kommersiya xidmətləri təklif edən şirkətlərin  dəyərinə görə sıralamasını əks etdirən “Commercial Services 50” hesabatını dərc edib.

Fins.az hesabata istinadən xəbər verir ki,  sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Deloitte” olub. Belə ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 42.2% artaraq, 29.63 milyard ABŞ dolları olub. “VISA” 34% bahalaşaraq, 27.68 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “American Express” şirkətinin ümumi dəyəri isə 81.8% artaraq 27.46 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Accenture” (26.3 milyard $) və “PwC” (24.9 milyard $) şirkətlərinə layiq görülüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır