BİZNES

Əli Əhmədov ərzaq məhsullarının satış mərkəzlərinin sayının artırılmasını tövsiyə edir
22 AVQUST
194

Əli Əhmədov ərzaq məhsullarının satış mərkəzlərinin sayının artırılmasını tövsiyə edir

2019-08-22 20:04:00

Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzinə baxış keçiriblər. 

“Məqsəd süni qiymət artımına yol verilməsi faktlarının aşkarlanmasından ibarət olub. Ə.Əhmədov hökumətin süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxladığını, bu məqsədlə lazımi tədbirlər görüldüyünü deyib”, - deyə məlumatda bildirilir.

Reyd zamanı Ə.Əhmədov və İ.Kərimov üç müxtəlif ticarət mərkəzində olub. Bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpıb.

“Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”, - deyə baş nazirin müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır