BİZNES

Azərbaycanda 430,2 milyon manat vergi ödəyən şəxslər
20 AVQUST
169

Azərbaycanda 430,2 milyon manat vergi ödəyən şəxslər

2019-08-20 12:06:00

Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər 2019-cu ilin yanvar-iyun ayları ərzində mənfəətlərindən 1 milyard 302,6 milyon manat vergi ödəyiblər.

 Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2018-ci ilin yanvar-iyununa nisbətən 15,8% artıb. Şirkətlər ötən ilin 6 ayında 1 milyard 124,5 milyon manat mənfəət vergisi ödəmişdilər.

2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş aksiz vergisi 26,7% artaraq  422,3 milyon manat, əlavə dəyər vergisi 19,4% artaraq 2 milyard 376,7 milyon manat, əmlak vergisi 16,7% artaraq 99,1 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 11,9% artaraq 562,2 milyon manat, yol vergisi 3,9% artaraq 55,8 milyon manat təşkil edib.

2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş fiziki şəxslərin gəlir vergisi 10,4% azalaraq 430,2 milyon manata, torpaq vergisi 12,1% azalaraq 21,1 milyon manata, sadələşdirilmiş vergi 22,4% azalaraq 174,6 milyon manata, mədən vergisi 4,4% azalaraq 60,6 milyon manata geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır