BİZNES

“Relaks” istirahət mərkəzinin 14 hektar sahəsi, 20 obyekti var - 972 manat vergi ödəyib
19 AVQUST
651

“Relaks” istirahət mərkəzinin 14 hektar sahəsi, 20 obyekti var - 972 manat vergi ödəyib

2019-08-19 17:56:00

Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir.

Bu barədə fins.az-a  Vergilər Nazirliyindən bildirilib. “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər.

İstirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması ilə əlaqədar olaraq  “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da nəzarət tədbiri həyata keçirilməsi planlaşdırılıb.

"Relaks" istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır