BİZNES

Azərbayacanda əhali ən çox bu supermarketlər şəbəkəsindən alış-veriş edib
19 AVQUST
866

Azərbayacanda əhali ən çox bu supermarketlər şəbəkəsindən alış-veriş edib

2019-08-19 14:36:00

Fins.az xəbər verir ki, "Bussines İnsight"-ın təqdim etdiyi sorğu nəticələrinə görə, sorğu keçirilmiş hər 5 nəfərdən 3-ü gündəlik tələbat mallarını əsasən Supermarketlərdən alır. Ölkənin, əsasən də paytaxtın pərakəndə satış bazarında isə fəallığı ilə seçilən iki şəbəkə mövcuddur–Araz və Bravo marketləri. Sorğu nəticələri də göstərir ki, məhz adı çəkilən bu iki şəbəkə ən çox alış-veriş edilən Supermarketlər siyahısına başçılıq edir. Nəticələr göstərir ki, Araz supermarketlər şəbəkəsinin daha geniş olması Araz-ın seçimində əsas səbəbdir. Son dövrlərədək supermarketlər arasında populyar olan Bazarstor şəbəkəsi isə hələlik bu yarışmadan kənarda qalaraq sıralamada üçüncüdür

Qeyd edək ki, sorğu anketi əsasən ev təsərrüfatlarının həyat tərzini və respondentlərin sosial-demoqrafik vəziyyətini əks etdirən sualları əhatə etmişdir. Seçmə çərçivəsi kimi Bakı şəhəri də daxil olmaqla 9 iqtisadi region üzrə 1109 respondent müəyyən edilmişdir. Sorğunun 1109 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır. Sorğu ev təsərrüfatında 20–65 yaşı tamam olan və ən sonuncu doğum tarixi (il ərzində) qeyd olunanlar arasında keçirilmişdir. Bu metoddan istifadə olunmasının məqsədi gender və yaş nisbətlərinə görə tarazlığın təmin edilməsidir

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır