BİZNES

Azərbaycanın bu ölkədən aldığı tütünün miqdarı kəskin azalıb
19 AVQUST
106

Azərbaycanın bu ölkədən aldığı tütünün miqdarı kəskin azalıb

2019-08-19 13:20:00

Azərbaycanın Gürcüstandan tütün məmulatları idxalı iki dəfədən çox azalıb. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində bu ölkədən Azərbaycana  22 milyon 936,2 min ABŞ dolları dəyərində 1 056,4 ton tütün məmulatları idxal edilib. 2018-ci ilin analoji dövründə isə Gürcüstandan 47 milyon 810,4 min ABŞ dolları dəyərində  2 640,8 ton məhsul idxal edilmişdi.

Gürcüstandan Azərbaycana dərman idxalı kəskin azalıb. Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin həcmi azalıb.Cari ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 17 milyon 905,3 min ABŞ dolları dəyərində 459,9 ton dərman idxal edilib.

 

2018-ci ilin hesabat dövrü ərzində isə Gürcüstandan  20 milyon 234,0 min ABŞ dolları dəyərində 1 578,8 ton dərman idxal edilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır