BİZNES

Əsas kapitala yönəldilən vəsaitin miqdarı açıqlanıb- MƏBLƏĞ
16 AVQUST
163

Əsas kapitala yönəldilən vəsaitin miqdarı açıqlanıb- MƏBLƏĞ

2019-08-16 15:03:00

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilib. Fins.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin vəsaitin 67,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,4 faizi xidmət sahələrinə, 9,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 70,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3 faiz, büdcə vəsaitləri 28,1 faiz, bank kreditləri 7,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır