BİZNES

Azərbaycanın ən məşhur şirkətlərindən birinin icraçı direktoru istefa verib.
09 AVQUST
301

Azərbaycanın ən məşhur şirkətlərindən birinin icraçı direktoru istefa verib.

2019-08-09 16:03:00

Azərbaycan təhsil sektorunda öz sözünü demiş qabaqcıl şirkətlərdən biri olan Barattsonun icraçı direktoru və qurucusu Elşən Rəhimov vəzifəsindən istefa verib.

Fins.az-ın məlumatına görə, bu barədə məlumatı media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Elşən Rəhimov özü açıqlayıb. O, yarandığı gündən etibarən şirkətin keçdiyi keşməkeşli yollardan bəhs edib və yaxın gələcəkdə beynəlxalq arenada təmsil olunacağına inandığına bildirib. Daha sonra icra etdiyi direktor vəzifəsini şirkətin fəaliyyətində və inkişafında öz dəstəyini əsirgəməyən Zeynal Zeynalova təhvil verib.

Zeynal Zeynalov şirkətin təhsil sektorunda ən yüksək səviyyədə təmsil olunması üçün inamla çalışacağını bildirərək yeni hədəflərini açıqlayıb. O, “təhsildən peşəyə” missiyasını innovativ üslubda həyata keçirmək üçün Barattsonun tədrisin idarəetmə sistemi olan “schoolman” veb-tətbiqinin imkanlarının daha da genişləndirilməsini və bununla da tələbələri işəgötürənlərlə birləşdirməyin faydalı olacağını bildirib. Belə ki, veb-tətbiqdə həm tələbənin, həm də işəgötürənin şəxsi kabineti olacaq və nəticədə işəgötürən, tələbənin razılığı ilə onun məlumatlarına sahib olacaq. Bununla yanaşı bəzi tədris proqramları oyunlar üzərindən tələbələrə tətbiq ediləcək ki, bu da Azərbaycan təlim sektorunda novator ideyalardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257