BİZNES

Azərbaycan-Çexiya iqtisadi əlaqələri müzakirə edilib
09 AVQUST
67

Azərbaycan-Çexiya iqtisadi əlaqələri müzakirə edilib

2019-08-09 10:20:00

İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertlə görüşüb. Fins.az xəbər verir ki, İqtisadiyyat naziri qeyd edib ki, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, ticarət, əczaçılıq, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var.

Görüşdə nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çex iş adamlarını Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert  ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Çexiya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Keçirilən görüşlərin və aparılan müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafında önəmini qeyd edən səfir ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır