BİZNES

Orxan Hacıyev: "Devalvasiyadan sonrakı dövrdə belə bir kluba ehtiyac var idi"
05 AVQUST
516

Orxan Hacıyev: "Devalvasiyadan sonrakı dövrdə belə bir kluba ehtiyac var idi"

2019-08-05 11:58:00

Zaman keçdikcə Azərbaycanda Netvorkinqdən biznesdə daha çox istifadə olunur. Sevindirici haldır ki, bizim ölkəmizdə də sahibkarlar, bir-birinə dəstək olmaq yaxud şəxsi biznesini qurmaq məqsədilə klublara birləşir.Netvorkinq – geniş tərəfdaşlar dairəsi ilə uzunmüddətli münasibətlər deməkdir. Tanışlıq, ünsiyyət nəticəsində təxminən 150 yeni əlaqə qurulur, onlardan ən azı beşi isə faydalı olur.Fins.az-ın müsahibi Networking.az-ın rəhbəri Orxan Hacıyevdir

Networking.az -ı yaratmaqda məqsəd nədir?

- Məqsəd iş adamlarını bir-biri ilə daha yaxından taniş etmək, ümumi biznes mühitini yaxşılaşdırmaq, maariflənmək, yeni imkanlar eldə etməkdir.

Networking.az-ı nə vaxt yaratmısınız ?

- Biz Networking.az iş adamlari klubunu 2017 ildə yaratmışıq və artıq çox uğurlara imza atmışıq. Devalvasiyadan sonrakı dövrdə belə bir kluba ehtiyac var idi.

Networking.az üzv olan sahibkarlara nə təklif edir? Yəni sahibkarlar Networking.az-a üzv olmaqla hansı üstünlüyü əldə edirlər?

- Birinci növbədə, əlaqələr. Müasir biznesdə əlaqələr çox böyük əhəmiyyət kəsb edir və bu əlaqələr hətta birgə iş birliyinə gətirib çıxarır və bizim klubda olan iş adamları bundan çox gözəl faydalanır.

Bugünəqədərki müddətdə hansı tədbirləri həyata keçirmisiniz ?

- Bu günə kimi 8 tədbir keçirmişik. İlk tədbirimizi az sayda iştirakçı ilə kafedə keçirmişdik, hazırda isə böyük otellərdə 200 nəfərlik tədbirlər təşkil edirik.

Azərbaycanda sizin qurumun alternativi var?

 - Şübhəsiz ki, Azərbaycanda çoxlu sayda biznes klub mövcuddur və yaradılır, hər klubun özünəməxsus proqramı və perspektivi var, və hər biri şübhəsiz Azərbaycanda biznesin inkişafına öz töhfəsini verir və biz də bu istiqamətdə öz töhfəmizi veririk. Bizim əsas fərqimiz ondan ibarətdir ki, biz öz tədbirlərimizdə maksimum tanışlıq qurmağa çağırırıq.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257