BİZNES

Mağzada yaxud ictimai iaşə obyektində aldadılan şəxs hansı dövlət orqanına müraciət etməlidir ?
23 İYUL
95

Mağzada yaxud ictimai iaşə obyektində aldadılan şəxs hansı dövlət orqanına müraciət etməlidir ?

2019-07-23 10:41:00

Fins.az mağzada yaxud ictimai iaşə obyektində aldadılan şəxs hansı dövlət orqanına müraciət etməlidir? sualına aydınlıq gətirir.

Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməsi”nin 2.0.8-ci və 3.0.46-cı bəndlərinə əsasən malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür.

Qeyd olunları və istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərinin, xidmətlərinin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamasını, istehlakçıların hüquqlarının qorunmasını, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən qurum İqtisadiyyat Nazirliyi olduğunu nəzərə alaraq istehlakçı kimi hüquqlarınız pozulduğu hallarda aidiyyəti üzrə müraciət eməyiniz tövsiyə olunur.

Qarşılaşılmış vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin saytının “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir.

Müəllif:Aynur Qəniyeva 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır