BİZNES

Çek tələb etsək nə qazanırıq?
22 İYUL
141

Çek tələb etsək nə qazanırıq?

2019-07-22 16:32:00

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlayıb. Fins.az xəbər verir ki, tədbirlər çərçivəsində ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılır. Nəzarət tədbirləri zamanı kassa çeki və digər ciddi hesabat blanklarının təqdim edilməməsi halları aşkar edilərsə, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir. Çek tələb etmək alıcılar üçün vacib məsələdir.

Çek tələb etsək nə qazanırıq?

Çek tələb etməklə birinci növbədə, vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq. Satıcıya ödənilən vəsaitin vergi şəklində büdcəyə ödənilməsini təmin etmiş oluruq. Çek tələb etmək vergidən yayınmanın qarşısını almaqdır. İqtisadiyyatdan yayındırılmağa cəhd edilən satışın qarşısını almaqla dövriyyənin qanuni vergiyə cəlb edilməsini təmin etmiş oluruq. Çek əldə etməklə vəsaitin sosial xidmətlərə xərclənməsinə və bununla da daha keyfiyyətli xidmətdən faydalanmağa nail oluruq. İstehlakçı kimi hüquqlarımızı müdafiə etmək üçün sənədə sahib oluruq. Çek alıcının hüququnu təsdiq edən sənəddir. Alış-veriş zamanı çek tələb etmək satışı rəsmiləşdirir. İstehlakçı hüquqları baxımından məsələyə diqqət yetirsək, çek əldə etməklə 14 gün müddətində aldığınız məhsulu qaytarmaq və dəyişmək hüququnuzu qazanmış olursunuz. Bu, çek olmadan mümkün deyil. Çek tələb etmək tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınmasına, "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti olmasına və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır