BİZNES

Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edəcək
17 İYUL
92

Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edəcək

2019-07-17 10:00:00

İyulun 22-də vergilər nazirinin müavini Mətin Eynullayev Qax rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydə Əliyev prospekti) Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Bu barədə  Vergilər Nazirliyindən bildirilib. 

Məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır