BİZNES

Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi açıqlanıb
15 İYUL
82

Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi açıqlanıb

2019-07-15 12:07:00

Bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 825,2 mln. manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3.828,1 manata bərabər olub.Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır