BİZNES

Vergilər Nazirliyinə daxil olan şikayətlərin sayı AÇIQLANIB
10 İYUL
76

Vergilər Nazirliyinə daxil olan şikayətlərin sayı AÇIQLANIB

2019-07-10 15:27:00

2019-cu ilin 1-ci yarım ili ərzində vergi orqanlarına 137.569 müraciət daxil olub ki, bunların da 93,5 faizi ərizə, 6,4 faizi şikayət, 0,1 faizi təklifdir. Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müraciətlərin 80,8 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 17,4 faizi barədə müvafiq izahatlar verilib, qalanları üzrə müvafiq tədbirlər görülüb.

2019-cu ilin ilk yarımilliyində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 3.513 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, Vergilər naziri və onun müavinləri tərəfindən 6 rayonda vətəndaşların səyyar qəbulu keçirilib və həmin qəbullarda 42 rayondan olan vətəndaşlar iştirak ediblər.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271