BİZNES

Hobbisini brendə çevirən gənc - Vurğun Həsənov
24 İYUN
2011

Hobbisini brendə çevirən gənc - Vurğun Həsənov

2019-06-24 09:28:00

Müasir iqtisadi proseslərin hərəkətliliyini təmin edən amillərdən biri də müxtəlif brendlərin maliyyə uğurları yaxud müflis olmalarıdır. Azərbaycanda da milli brendlərin yardılması və tanıdılması eyni zamanda fəaliyyətinin genişlədirilməsi üçün müəyyən addımlar atılır. Təbii ki, milli brendlərin formalaşdırılmasında bu sahəyə maraq göstərənlərin rolu əvəzsizdir. Fins.az-ın müsahibi müxtəlif növ aksesuar, çanta və dəridən istehsal edilən məhsulların hazırlanmasını həyata keçirən “Vurgun Leather”  brendinin yaradıcısı Həsənov Vurğundur

 Necə oldu  ki, şəxsi brendinizi yaratmaq qərarına gəldiniz ?

Bildirmək istərdim ki, bu işə başlağımla bağlı hər sey təsadüfən oldu desəm daha doğru olar. Sadəcə olaraq  dəri işlərinə, dəri işləmlərə və dəri ilə bağlı olan məhsullara maraq göstərirdim. Özümün dəridən müxtəlif əşyalar düzəltməyə həvəsim yarandı.Sonralar hobbi kimi, dəridən qolbaq və bu kimi kiçik aksesuarlar düzəltməyə başladım.Bir müddətdən sonra bu sahədə peşəkarlığımı artıraraq dəridən  portmane, çanta kimi əşyalar tikdim.Dəridən müxtəlif əşyaları hazırlamaqla bağlı  potensialım oldugunu anladım.Daha sonra  hobbimi işə dolayısı ilə brendə çevirməyə başladım.Yavaş-yavaş hobbimimdən yola çıxaraq yaratdığım şəxsi brendimi cevrəmdə tanitmaq qərarina gəldim. 

 Əsasən hansı məhsulların istehsalını həyata keçirirsiniz ?

 Doğrusu desəm mən hələ ki, istehsal deməzdim. Hesab edirəm ki, mən çoxsaylı individual əl isləri hazırlanması ilə məşğulam. Hələ kütləvi şəkildə istehsal həyata keçirmirəm. Hazırda mən yalnız müxtəlif sifarişçilər üçün fərdi seçimə əsasən aksessuarlar, çantalar, portmanelər və digər bu kimi dəri əşyalar hazırlayıram. Bunu bir növ sənət kimi qəbul edirəm. Aşılanmış yaxud işlənməmiş dərinin müxtəlif formalara salınaraq istifadəyə uyğunlaşdırlmaqla bağlı sənət.

Sifarişləri yalnız sosial şəbəkələrdən qəbul edirsiniz yoxsa sizin brendin məhsulunu sifariş vermək üçün başqa vasitələr də var ?

Mən kifayət qədər çoxsaylı dəri əşyalar hazırlasam da hesab edirəm ki, hələ də öz şəxsi brendimi formalaşdıra bilməmişəm. Ona görə də “Vurgun Leather”-ə brend deməyin hələ tez olduğunu düşünürəm. Fəliyyətimin ilkin mərhələlərində dostlar, məni yaxından tanıyan insanlar tərəfindən sifarişlər olurdu və məmnuniyyətlə həyata keçirirdim.Hazırda bununla bağlı bildrmək istərdim ki, təbii ki, tanıdığım insanlar, və əsasən də sosial şəbəkələr  vasitəsilə sifarişləri qəbul edirəm. Gələcəkdə fəliyyətimi genişlədirdiyim təqdirdə sifarişləri qəbul etmək üçün əlbəttə, başqa vasitələrdən də istifadə edəcəm.

 

“Vurgun Leather” brendinin  əsas üstünlüyü nədir ?

Mənim üçün əsas olan keyfiyyət və son nəticənin maksimum mükəmməliyidir. Ona görə də hələ ki, “Vurgun Leather”-i brend hesab etmirəm. “Vurgun Leather” məhsullarının əsas üstünlüyü ilk növbədə əl işi olmağıdır. Bu məhsulların hər biri individual olaraq sifarişçi üçün hazırlanır. Bu o deməkdir ki, aksesuar sifariş verən insandan başqa şəxsdə həmin aksesuardan yoxdur. Bu təbii ki, həmin şəxsə özünü xüsusi hiss etdirən amillərdən biridir. Bununla yanaşı hər bir insanın öz zövqünə uyğun olan aksesuar hazırlayıram bu təbii ki, mütləq üstünlükdür. 

İstehsalda istifadə etdiyiniz material və detallar yerli yaxud xarici ölkələrin istehsalıdır ?

Material seçimi sifarişə uyğun şəkildə dəyişir. Əsasən xarici ölkələrin istehsalı olan materiallardan istifadə edirəm.İstifadə edilən dərilərin növü və çeşidi sifariş edilən aksesuarla sıx bağlı olduğu üçün mütləq şəkildə demək olmur ki, sırf xarici materiallardan istifadə edirəm. Bildirmək istəyirəm ki, xarici materiallardan istifadə etməyim o demək deyil ki, yerli materiallar keyfiyyətsizdir. Müəyyən aksesuarların hazırlanmsında istifadə edilən yüksək keyfiyyətli dəri materiallar var ki, Azərbaycanda istehsal olunur. Ona görə də, materialların növü və istehsal olunduğu yer sifariş edilən əşyaya  uyğun şəkildə dəyişir.  

Sifarişlər yalnız Azərbaycandan olur yolsa xarici ölkələrdən də qəbul etdiyiniz sifariş olub?

Hazırda yalnız Azərbaycandan sifariş alıram.Təbii ki,xarici ölkələrdən də sifarişlər verilsə məmnuniyyətlə hazırlayaram. Hesab edirəm ki,öz ölkəmizdə yetərincə tanınmıram. Azərbaycanda “Vurgun Leather” brendini lazım olan formada kifayət qədər tanıtmaq hazırda qarşıda duran əsas vəziflərdən biridir. Bu da təbii ki, birbaşa mənim hazırladığım aksesuarların keyfiyyəti və individuallığı və nisbətən də reklamla bağlıdır.Hesab edirəm ki, . “Vurgun Leather”  brendini öz olkəmizdə yetərincə tanıtdiqdan sonra, yəqin ki, xaricə də sənətimi tanıda bilərəm.

Gələcəkdə fəaliyyətinizi genişləndirmək perspektivi var ?

Təbii ki, belə perspektivlər mövcuddur. Ancaq mən buna sənət kimi yanaşdığım üçün istehsalı kütləviləşdirmək istəmirəm.Bu o demək deyil ki, mən hər şey necə var elə də saxlamaq və inkişaf etmək istəmirəm. Sadəcə olaraq bu sahədə peşəkarlığımı artırmaq daha yeni və alternativsiz aksesuarlar hazırlmaq istəyirəm.Əsasən sənətimi daha çox insana çatdırmaq istəyirəm. Gələcəyi planlaşdırdığın kimi yaşmaq bəzən bizdən asılı olmadığını üçün bu barədə uzun-uzadı danışmaq istəməzdim.

Məhsulların qiymətlərini necə müəyyənləşdirirsiniz ?

Təbii ki, qiymət təyin edilərkən müəyyən amillər nəzərə alınır. Mən də hazırladığım aksesuarların qiymətini “bu əl işidir deyə çox baha olmalıdır” yaxud “bu aksesuar mütləq bu qiymət olmalıdır” prinsipi ilə təyin etmirəm. Sifariş olunan aksesuarın hazırlanmsında istifadə edilən materialın həcmi nəzərə alınır. Təbii ki, aksesuar tək bir materialdan hazırlanmır. Müxtəlif dəmir, plastmast yaxud digər materialdan olan detallar, sap müxtəlif kiçik nüanslar bütün bunlar qiymətin formalaşmasına təsir edir. İşə sərf olunan vaxt əziyyət hamısını bir yerə cəmləyib hazırladığım aksesuarın qiymətini müəyyən edirəm.

Bu günlərdə xarici mətbuat orqanın sizin fəaliyyətini işıqlanırmaq üçün müraciət etdiyini  bildirmişdiniz. Sizcə sizin brendin hansı cəhəti onların diqqətini cəlb edib ?

 Mən bunu  xüsusi diqqət adlandırmazdırm. Xarici mətbuat deyəndə Ukraynada nəşr olunan jurnallardan birinə mənə təklif gəlmişdi. Təklif birbaşa “Vurgun Leather”  brendi ilə bağlı olsa da müəyyən ödəniş tələb edilirdi.Bu bir növ ödəniş qarşılığında həmin jurnalda reklam yerləşdirməklə bağlı təklif idi. Mən də buna hələ hazır olmadığımı bildirdim.Yəqin ki, hazırladığım aksesuarların orjinallığı onların diqqətini cəlb edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257