BİZNES

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb
15 İYUN
264

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb

2019-06-15 19:33:00

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.

Son nəticədə xarici ticarətdə 2,78 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,9% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır