BİZNES

Bu növ ticarətin dövriyyəsi 37,5 % artıb
12 İYUN
169

Bu növ ticarətin dövriyyəsi 37,5 % artıb

2019-06-12 17:24:00

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev III Milli Mühasiblər Forumunda ilkin fiskal nəticələri şərh edib. Fins.az xəbər verir ki, X.Abdullayevin bildirdiyinə görə,"cari ilin 4 ayında ƏDV, aksiz və mənfəət vergisi üzrə daxilolmalarda da artım müşahidə edilib. ƏDV üzrə artım 13,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 22,6 faiz təşkil edib. ƏDV-yə cəlb olunan dövriyyələrin artımı həm vergi sistemindəki islahatlar, həm şəffaflaşma prosesi, həm də ümumi iqtisadi artımla bağlıdır. Aksizlər üzrə artım 32,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4,2 dəfə çox təşkil edib. Mənfəət vergisi üzrə 12,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 38,8 faiz artım qeydə alınıb. Diqqətə çatdırılıb ki, qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51,5 faiz) və ticarətdə (25,1 faiz) olub. İctimai iaşənin dövriyyəsi 19,8, topdansatış ticarət dövriyyəsi 16,7 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 24,8 faiz artıb. Pərakəndə ticarətin dövriyyəsi isə daha yüksək templə - 37,5 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 38,7 faiz yüksəlib"

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır