BİZNES

Namiq İsmayılov: “Müştərilərlə uzunmüddətli əməkdaşlığımız yüksək səviyyəli xidmətimizin nəticəsidir”
17 MAY
946

Namiq İsmayılov: “Müştərilərlə uzunmüddətli əməkdaşlığımız yüksək səviyyəli xidmətimizin nəticəsidir”

2019-05-17 15:56:00

Müsahibimiz “İzmir RG” MMC-nin təsisçisi Namiq İsmayılovdur

Azərbaycanın keyterinq bazarına inteqrasiya çətin olmadı ?

Keyterinq xidmətində 2006-cı ildən fəaliyyət göstəririk. O vaxt keterinq xidməti göstərən yerli firmalar çox az idi. Bu sahədə pionerlərdən olsaq da mövqeyimizi qorumaq üçün daim axtarışda olmuşuq. Məsələn restoran və keterinq xidməti sahəsində İSO sertifikatı ilə işləyən ilk firmalardan biriyik. Bu illər ərzində onlarla müəssisələrlə iş birliyi qurmuş, onlara keyterinq xidmətləri göstərmiş və bu sahədə tanınaraq öndə gedən müəssisələr arasında özünə layiqli yer tutmuşuq.

 Hazırda keytrinq sahəsində ən çox nəyə tələbat var?          

Əsasən iş yerlərində işçi heyətin nahar yeməyi ilə təmin olunması tələb olunur. Növbəli işlərdə səhər, axşam, gecə yeməkləri də verilir. VİP naharların təşkili, şəxsi və kollektiv əyləncə gecələrinin, bayramların təkil edilməsi ilə məşgul oluruq. Müxtəlif furjet və digər tədbirlərin keçirilməsi sifarişləri də olur.Böyük şirkətlərlə uzunmüddətli əməkdaşlığa üstünlük veririk.

“İzmir catering” xidmətdə hansı müasir texnologiyalardan istifadə edir?

Xörəklərin hazırlanmasında yeni model konveksion sobalardan, müxtəlif növ yarımmfabrikat hazırlayan elektrik qurğularından, müasir qaz və elektrik plitələrindən, qabların yuyulması üçün konveer tipli qabyuyan aparatlar istifadə olunur.Prioritetlərimizdən biri də bu sahədə tətbiq olunan ən müasir texnologiyalardan öz fəalyyətimizdə istifadə etməkdir.

Azərbaycan bazarında “İzmir catering”-i əvəzsiz edən hansı xidmətidir?

“İzmir caterinq” xidmətinin əsas fəaliyyət istiqamətləri türk və avropa yeməklərindən ibarət nahar və axşam yeməklərinin  çatdırılmasıdır. Əsas fərqimiz isə dünyanın müxtəlif ölkələrində ictimai iaşə sahəsində çalışib təcrübə toplamış, öz sahələrində ekspert olan işçi kadrlarımızdır. Onların zəngin təcrübəsindən yararlanaraq həm də cavan kardlar yetişdirmişik. Vaxtı ilə bizim müəssisədə işə başlayaraq təcrübə toplamış bir çox cavan mütəxəssislər indi digər iş yerlərində aparıcı vəzifələrdə işləyirlər və onların vaxtı ilə “İzmircatering”-də çalışması bir marka hesab olunur.

Nüfuzlu müştərilərin uzunmüddətli əməkdaşlığı, öz sahəsində  qazandığı böyük uğurlar “İzmir catering”-in yüksək səviyyəli xidmətinin nəticəsidir yoxsa uğurlu marketinqin?

Müştərilərlə uzunmüddətli əməkdaşlığımız yüksək səviyyəli xidmətimizin nəticəsidir. Tərəf-müqabilimiz olan bütün irili-xırdalı şirkətlər bizim xidmət səviyyəmizdən həmişə razılıq edib. Eyni zamanda xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı marketinq də prioritetlərimizdəndir. Yüksək səviyyəli xidməti də təqdim etməyi bacarmaq lazımdır.Qeyd etmək istərdim ki, təcrübədə müştəri məmnuniyyətsizliyi səbəbindən heç vaxt müqaviləyə xitam verilməyib.Bizim fəaliyyətimizin əsas istiqaməti yüksək səviyəli xidmətdir.

“İzmir catering”-in  paytaxt Bakıdan başqa Azərbaycanın hansı rayonlarında filialları mövcuddur?

Hazırda Bakı və onun ətrafı qəsəbələrdə xidmət göstərilir. Bu da əsas iş yerlərinin paytaxtda yerləşməsi ilə əlaqədardır. Hazırkı imkanlarımız digər regionlarda da fəaliyyət göstərməyə imkan yaradır. Ona görə də öz imkanlarımızı analiz edərək Azərbaycanın digər iri şəhər və rayonlarında fəaliyyət üçün marketinq araşdırmaları aparılır.Yaxın gələcəkdə Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə əməkdaşlığımız planlaşdırılır

Hazırda dünyada yeməklərin daha operativ daşınması üçün dronlardan və robortlardan istifadə olunur. “İzmir catering”-in yaxın gələcəkdə bu tip texnologiyalardan istifadə etməsi mümkündür?

Robotlardan ictimai iaşədə istifadə haqqında zaman-zaman məlumatlar yayılır. Biz onları maraqla izləyirik. Ancaq bir neçə yerdə onların istifadəsindən imtina edilməsi haqqında da məlumalar var. Fikrimizcə bizim şəraitdə robotlardan istifadə hələ tezdir. Buna külli miqdarda həm elmi həm də maddi potensial lazımdır. Eyni zamanda bu sahədə elmi tədqiqat aparmaq istəyən yerli mütəxəssislərlə işbirliyi yaratmaq niyyətindəyik.

 Azərbaycan mətbəxinin hansı yeməyini yaxud yeməklərini daşınmasını ən çətin koteqoriyaya aid edərsiniz?

Azərbaycan yeməklərinin çatdırılmasında elə böyük problemlər yoxdur. Amma yenə də yerli və xarici yemək olmasından asılı olmayara      q menyular tərtib edilərkən yeməklərin hazırlandığı yerdə paylanılacağı və ya nəql ediləcəyindən asılı olaraq tədbirlər görülür.Bütün növ yeməklərinin həm hazırlanma, həm də daşınma texnologiyası var və bunlara düzgün riayət etdikdə problem yaranmır

Keterinqdə vacib olan nədir operativlik yoxsa keyfiyyət?

 Keyfiyyət və operativlik anlayışlarına paralel şəkildə olmalıdır.Keyfiyyət üstün olduqda operativlik olmadıqda xidmətdə narazılıqlar yaranır.Operativlik üstün olduqda isə yeməklərlə bağlı narazılıq yaranır.Ümumiyyətlə qeyd etmək istəyirəm ki, keyfiyyət və operativlikbiri-birindən ayrılmazdır.

 Müştəriləriniz daha çox böyük şirkətlərdir yoxsa fərdi şəxslər?

Müştərilərimiz əsasən böyük şirkətlərdir. Kiçik müəssisələrə də xidmət göstəririk. Biz heç vaxt müştərilərimizi vəziyyətlərinə görə fərqləndirməmişik. Əsas məqsədimiz keyfiyyətli xidmət göstərməkdir. Əməkdaşlıq etdiyimiz şirkətlərdən aldığımız referantlarla fəxr edirik. Biz daim böyük şirkətlərlə əməkdaşlıq etmişik. Hazırda MDB-nin ən böyük sənaye müəssələrindən biri olan Heydər Əliyev adına “Neft Emalı Zavodu”-nun yenidən qurulması layihəsində iştrak edən bütün yerli və xarici şirkətlərin keterinq xidməti məhz bizə həvalə olunub.

 Müəllif:Aynur Qəniyeva

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257