BİZNES

Azərbaycan-Avstrya biznes forumu
15 MAY
110

Azərbaycan-Avstrya biznes forumu

2019-05-15 17:08:00

Fins.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. Fins.az-ın məlumatına görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı,  sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek çıxış edərək Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib, iş adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.

Sonra Azərbaycanın biznes və investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262