BİRJA

Azərbaycan Mərkəzi Bankı ilk dəfə 84 və 168 günlük notlar yerləşdirib
09 OKTYABR
98

Azərbaycan Mərkəzi Bankı ilk dəfə 84 və 168 günlük notlar yerləşdirib

2019-10-09 15:43:00

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti not hərracını keçirib.

Fins.az xəbər verir ki, hərracda ilk dəfə 84 və 168 günlük notlar yerləşdirilib.

Onların illik gəlirliliyi müvafiq olaraq 6,03% və 6,06% təşkil edib.

Bununla belə, qurum bu gün 28 günlük notların yerləşdirilməsini də davam etdirib. Onların illik gəlirliliyi isə əvvəlki hərracda olduğu kimi 6,26% olub.

Hazırda AMB-nin dövriyyədə 670 milyon manatlıq notu var. Bu, 2 gün əvvəllə müqayisədə 30 milyon manat azdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır