BİRJA

Qızıl yeni rekord yarada bilər ?
08 OKTYABR
106

Qızıl yeni rekord yarada bilər ?

2019-10-08 17:06:00

Bazarlarda qeyri-müəyyənliklər halında təbii olaraq, qızıl aktivlərinə maraqlar artır. Təcrübə göstərir ki, bazarlarda qeyri-müəyyənliklər halında təbii olaraq, qızıl aktivlərinə maraqlar artır. 

Qeyri-müəyyənliklər var? Var! Avropanın lokal problemi Breksitin gün keçdikcə razılaşmasız olma ehtimalı artır. İngiltərə höküməti 31 oktyabra qədər Avropadan ayrılmağa israrlıdır. Digər tərəfdən ABŞ və Çin hökümətləri arasında iqtisadi əlaqələrdə sövdələşmənin baş tutmayacağına dair fikirlər investorlarda fikir ayrılığı yaradır. Çin tərəfinin ABŞ-da yeni prezident seçkilərinə qədər zaman qazanma istəyini ehtimal edən analitiklər, bu qeyri-müəyyənliyin ən azı seçkilərə qədər davam edəcəyini istisna etmirlər. Eyni zamanda, ABŞ və Türkiyə arasında gərginlik türk lirəsinin dəyər itirməsini sürətləndirir.Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, investorların alternativ və daha risksiz ticarət aləti kimi qızıla üz tutmasını ehtimal etmək olar.

Məhz bu gündəm fonunda qızıl qiymətləri yenidən 1560 dollar unsiya qiymətinə qədər bahalaşmağı investorlar üçün surpriz olmaz

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır