BİRJA

Qızılın qiyməti yenidən UCUZLAŞDI
08 OKTYABR
119

Qızılın qiyməti yenidən UCUZLAŞDI

2019-10-08 16:38:00

Qızılın qiyməti dünən axşam saatlarından etibarən 1485 dollara kimi ucuzlaşdı.

Ümumiyyətlə, tarixə nəzər yetirsək hər il oktyabrin ilk həftəsi qızıl qiymətinin azalması ilə müşahidə olunur və bunun səbəbi çox sadədir: Çin bazarları bu günə kimi  bağlı idi. 

Nəzərə alaq ki, Çin (Hindistanla birlikdə) dünyanın ən böyük fiziki qızıl alıcısıdır və bazarda onun olmaması çox əhəmiyyətli hiss olunur. Hər iki ölkə sarı qiymətli metalla qlobal tələbatın demək olar ki, 50%-ni təşkil edir. Əlbətdəki Çin bazarının bağlı olması qızılın qiymətinin enişinə səbəb olan amillərdəndir, ötən həftə də istisna olmadı və qiymətlər 1460 dollara kimi ucuzlaşmışdı. 

Ekspertlərin fikrincə qızılın ucuzlaşmasına təsir edən əsas səbəblərdən biri də ABŞ və Çin arasında ticarət sazişi ilə bağlı danışıqların bərpa edilməsidir və bu danəşıqların nəticəsi ne olursa olsun unutmayaq ki qızıl qiymətinin yüksəlişinə təsir səbəbləri çoxdur.Bu o deməkdir ki korrektiv enişlərin ardından sonra qiymətlər orta müddətli artım dövrünə başlayacaqını gözləmək olar, necə ki 2019-ci ilin may-avqust aylarında baş vermişdir.Hal-hazırda  dünya birjasında qızılın bir unsiya üzrə qiyməti 1502 dollara təklif edilir. 

Qiymətlər 1511.72 dollar həddini keçərsə növbəti hədəflərin 1535 və 1555 dollar ola bilcəyi proqnozlaşdırılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır