BİRJA

GBP/USD: ARTIM MEYİLLƏRİ QORUNUB SAXLANILIR
18 SENTYABR
91

GBP/USD: ARTIM MEYİLLƏRİ QORUNUB SAXLANILIR

2019-09-18 12:41:00

Bakı vaxtı saat 22.00 və 22.30-da açıqlanacaq vacib fundamental xəbərlər fonunda GBP/USD məzənnəsində güclü volatillik müşahidə edilir.

Ötən gün maliyyə bazarlarında GBP/USD cütlüyünün qiymətlərində 1.2526 səviyyələrinə qədər artımlar müşahidə olunub. Hal-hazırda cütlük 1.2485 qiymətlərində ticarət olunmaqdadır. Bakı vaxtı ilə axşam 22.00 və 22.30-da açıqlanacaq vacib fundamental xəbərlər fonunda dolların əsas cütlüklərdə yüksək volatilliyi gözlənilir. Təbii ki, xəbərlər bu cütlüyə də təsirsiz ötüşməyəcək. 

Artımların davam etməsi fonunda qiymətlər 1.2560$-ların üzərində möhkəmlənə bilsə, növbəti hədəf 1.2636 ola bilər.

Aşağı istiqamətdə hərəkətin davam etməsi üçün isə qiymətlər 1.2385 səviyyəsinin altında qalmalıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır