BİRJA

Asiya İnkişaf Bankı gələn il manat istiqrazlarını buraxa bilər
11 SENTYABR
81

Asiya İnkişaf Bankı gələn il manat istiqrazlarını buraxa bilər

2019-09-11 14:04:00

Asiya İnkişaf Bankı Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər. Manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

Bank mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tutur. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək.

Qeyd edək ki, Asiya İnkişaf Bankı postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsi ilə Qazaxıstan təngələrində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanı verilən istiqrazlar buraxılıb. Bununla yanaşı, 2016-cı ildə 225 milyon dollar məbləğində Filippin pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər geotermal enerji də daxil olmaqla, bir sıra ekoloji layihələrə sərf edilmişdi.

 (C) report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır