BİRJA

15 milyon manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
09 SENTYABR
104

15 milyon manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2019-09-09 16:04:00

Sentyabrın 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, faizli, ortamüddətli istiqrazların emissiya həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 7,5 faizdir. İstiqrazlar 2021-ci il sentyabrın 7-də ödəniləcək. "PAŞA Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır