BİRJA

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşıb
06 SENTYABR
149

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşıb

2019-09-06 11:10:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,81 ABŞ dolları və yaxud 2,83% artıb.

Fins.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,76 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır