BİRJA

Qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçib
08 AVQUST
91

Qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçib

2019-08-08 15:07:00

Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.Fins.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257