BİRJA

100 milyonluq hərrac keçiriləcək
03 İYUN
172

100 milyonluq hərrac keçiriləcək

2019-06-03 14:29:00

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac iyunun 4-də adıçəkilən Birjada (BFB) baş tutacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si

 50100676S

Hərraca çıxarılan həcm

 100 000 000 AZN

Notun nominal dəyəri

 100 АZN

Notların tədavül müddəti

 29 gün

Ödəmə tarixi

 03.07.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır