BİRJA

Nazirlik daha bir hərrac keçirib
22 MAY
145

Nazirlik daha bir hərrac keçirib

2019-05-22 11:11:00

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106009753ISIN-li, 15mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3000%) və 100.0000 AZN (9.0000%) olan 10 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7120 (9.9001%), orta ölçülmüş qiyməti 98.2212 (9.6975%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,752,900.00 AZN yerləşdirilmiş həcmi isə 14,202,000.00 AZN təşkil olunub. İstiqrazların ödəmə tarixi 17.05.2022-ci il.

Hərrac iştirakçıları 22 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır