BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
18 İYUL 2017
1040

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-18 17:18:00
Fins.az iyul ayının 18-nə “AzFinance İnvestisiya Şirkəti”nin hazırladığı beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Cümə günü rekordlarından sonra bazar ertəsi ABŞ indeksləri sıfırda bağlanıblar. Dollar bu gün səhər on aylıq minimumlara qədər ucuzlaşıb, həmçinin Amerika indekslərinin fyuçersləri düşüblər. Enmə səhiyyə islahatları tərəfdarlarının azalması xəbərlərində baş verib. Bu da öz növbəsində, qanun layihəsinin qəbul edilməsini onun indiki halında mümkünsüz edir.

Avrozonada makrostatistika gözləntilərə uyğun olub, bunun fonunda və bu həftə keçiriləcək AMB-nın iclası ərəfəsində Avropa meydanları vahid dinamika nümayiş etdirməyiblər. Asiya bazarları həmçinin müxtəlif istiqamətlərdə ticarət olunurlar: Çin və Cənubi Koreya səhmləri qalxır. Yaponiyanın Nikkei indeksi isə düşür. Avstraliyanın S&P/ASX 200 indeksi güclü milli valyutası fonunda həmçinin enir: Avstraliya dolları mərkəzi bankın itqtisadi artımla bağlı optimist şərhlərindən sonra qalxır. Yeni Zellandiya dolları enmədən sonra bərpa olunub. Bu 2017-ci ildə inflyasiyanın proqnozlardan daha çox yavaşlaması fonunda baş verib. Müdafiə aktivləri yena və qızıl bahalaşıblar. 
 
Neft

Neft bazar iştirakçılarının OPEC+ razılaşmasının effektivilyi haqda şübhələri fonunda ötən həftəki artımı dayandırıb. Mənbəyə görə, kartel iyun ayında razılaşmanı 92% yerinə yetirib (mayda 110% olub).

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027