BANK

Banklar Palayataya yeni təkliflərlə müraciət edib
10 OKTYABR
173

Banklar Palayataya yeni təkliflərlə müraciət edib

2019-10-10 13:09:00

 Kapitak Bank ASC-nin baş ofisində “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu” ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov arasında növbəti iclas keçirilib.

Fins.az xəbər verir ki, iclas zamanı “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydalarının yeni layihəsi ətrafında fikir mübadiləsi aparılıb və təkliflər müzakirə edilib. Həmçinin müzakirə olunmuş digər məsələr üzrə MBNP-ə ayrılıqda müraciət edilməsinə qərar verilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır