BANK

“Azərbaycan Beynəlxalq Bankı”nın sədri: “Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil”
09 OKTYABR
150

“Azərbaycan Beynəlxalq Bankı”nın sədri: “Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil”

2019-10-09 11:17:00

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”. Fins.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib. Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

 (c)report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır