BANK

Azərbaycanda ilk dəfə banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək
09 OKTYABR
114

Azərbaycanda ilk dəfə banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

2019-10-09 10:59:00

“Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək”.

Bunu  “3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması” mövzusunda keçirilən tədbirdə Maliyyə Baxarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib.

İ. Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir: “Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır