BANK

09 October
31

Dünya Bankında azərbaycanlıya vəzifə verildi

Süleymanov Ramil Əmirxan oğluna Dünya Bankının Azərbaycan nümayəndəliyində vəzifə verilib.Fins.az xəbər verir R.Süleymanov Dünya Bankının Azərbaycan nümayəndəliyində sosial iqtisadi araşdırmalar üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb.
İndiyə qədər müxtəlif vəzifələrdə işləyən R. Süleymanov son təyinata qədər BMT-nin Asiya və Sakit okean hövzəsi dövlətləri ilə iş bölməsinin Azərbaycan üzrə numayəndəsi kimi çalışıb.
O, müxtəlif beynəlxalq əhəmiyyətli təlim modullarinin müəllifi, seçki,insan hüquqları, eləcə də İK- nin təhsildə tətbiqi üzrə beynəlxalq təlimçi ekspertdir.
Bununla yanaşı, 12 kitab müəllifidir.