BANK

"Unibank"-ın rəhbərliyi dəyişəcək
19 SENTYABR
389

"Unibank"-ın rəhbərliyi dəyişəcək

2019-09-19 18:08:00

Noyabrın 6-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.Fins.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi, 2019-ci il üzrə kənar auditorunun təyin olunması, nizamnaməsinin dəyişdirilməsi və imtiyazlı səhmlərin buraxılması məsələləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır