BANK

FED faiz qərarını açıqladı - Dollar ucuzlaşdı
18 SENTYABR
362

FED faiz qərarını açıqladı - Dollar ucuzlaşdı

2019-09-18 22:11:00

ABŞ Mərkəzi Bankının -FED sentyabr iclasda faizlərin 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirilməsiniə qərar verilib. İqtisadçılar və investorlar da faizin 25 bənd azaldılacağını gözləyirdilər.

Fed İyul iclasında da faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına endirmişdi.

25 bəndlik faiz endirimi ehtimalı öncədən qiymətlərdə və məzənnələrdə əks olunmuşdu. İndi nəzərlər ilin qalan hissəsi üçün veriləcək mesajlarda olacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Onun verəcəyi mesajlar indekslərdə, səhm qiymətlərində və valyuta məzənnələrində dalğalanmalara səbəb ola bilər.

 Fed-in faiz qərarından sonra Avro/Dollar məzənnəsi çox dəyişmədi, 1.1066 səviyyəsindən 1.1045 səviyyəsinə düşdü.

Fed sədri Cerom Pauel İyul iclasının ardından keçirdiyi mətbuat konfransında faiz endiriminin faiz endirimi dövrünün başlanğıcı olmadığını, ancaq faiz endirimlərinin davam edə biləcəyini söyləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır