BANK

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
18 SENTYABR
147

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

2019-09-18 12:29:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104009748, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən fins.az-a verilən məlumatına görə,  hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 91,7846 AZN (9,0000%) və 94,3689 AZN (6,0000%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1392 AZN (6,2599%), orta ölçülmüş qiyməti isə 94,1707 AZN (6,2242%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 735 600 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2020-ci ilin sentyabrın 15-dir.

Hərrac iştirakçıları 18 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır