BANK

Mərkəzi Bank depozit hərracında 150 mln. manat cəlb edib
16 SENTYABR
108

Mərkəzi Bank depozit hərracında 150 mln. manat cəlb edib

2019-09-16 13:11:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə fins.az-a  AMB-dən məlumat verilib.

“Mərkəzi Bank sentyabrın 16-da keçirilən hərracda 150 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 629,5 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,26% təşkil edib”, - deyə məlumatda bildirilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır