BANK

Mərkəzi Bank hərracın nəticələrini AÇIQLAYIB
11 SENTYABR
127

Mərkəzi Bank hərracın nəticələrini AÇIQLAYIB

2019-09-11 16:38:00

11 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102076S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.Bu barədə fins.az -a Mərkəzi Bankdan məlumat verilib. Məlumatda bidirilir ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 710,036,600.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  200 000 000.00 AZN təşkil etmişdir.  Notların ödəmə tarixi 09.10.2019

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır