BANK

Azərbaycanda hansı bankların nizamnamə kapitalı 300 milyon manatdan çoxdur?
10 SENTYABR
510

Azərbaycanda hansı bankların nizamnamə kapitalı 300 milyon manatdan çoxdur?

2019-09-10 17:34:00

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il iyulun 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.Fins.az  xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq BanK" (364,773 milyon manat), "Nikoyl Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).

Qalan 25 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 6 bankda 100-200 milyon manat arasında, 12 bankda  50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda isə 50 milyon manatdan azdır.

(c)Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır