BANK

Dövlət qurumundan problemli kreditlərlə bağlı AÇIQLAMA
20 AVQUST
241

Dövlət qurumundan problemli kreditlərlə bağlı AÇIQLAMA

2019-08-20 12:40:00

Fins.az-ın "Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, "2019-cu il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13482,6 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 10831,3 milyon manatı və ya 80,3%-i uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5%-i banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçən kreditlərin məbləği 1486,5 milyon manat olub və ümumi kredit portfelinin 11%-ni təşkil edib. 

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır