BANK

"Muğanbank”-a yeni təyin olunmuş departament rəhbərindən AÇIQLAMA
19 AVQUST
1061

"Muğanbank”-a yeni təyin olunmuş departament rəhbərindən AÇIQLAMA

2019-08-19 16:39:00

"Muğanbank” ASC-da yeni departament yaradılıb. “Biznes Proseslərinin İdarə edilməsi Departamenti"-nə   Maliyyə Departamentinin direktor müavini Anar Əliyev təyin edilib. Bu barədə fins.az-a açıqlama verən Anar Əliyev bankda həyata keçirilən struktur dəyişikliyinin və yeni departamentin yaradılmasının məqsədi barədə məlumat verərək  bidirib ki,  "Muğanbank” ASC-da yeni yaradılmış “Biznes Proseslərinin İdarə edilməsi Departamenti" adından da göründüyü kimi  bankın müvafiq forma və qaydaya salınmış biznes proseslərinin qarşısına qoyulan strateji məqsədlərə tam, vaxtında və effektiv nail olunmasını təmin edən deportamentdir.  Bu departament iş prosesi ərzində müsbət cəhətlərin qorunub saxlanması şərtilə xarici bankların ən yaxşı təcrübələrinin tətbiq edilməsi məqsədi ilə yaradılıb. Qeyd etmək istərdim ki, müştərilərlə işin keyfiyyətlə qurulmasına və bütün bölmələrin qarşılıqlı əlaqələrinin effektivliyinin təmin olunmasına yönəldilmiş bank standartının yaradılması və bankın biznes proseslərinin xüsusiyyəti və miqyasına uyğun olaraq qarşısına qoyulan strateji məqsədlərə tam, vaxtında və effektiv nail olunmasını təmin etmək də derartamentin funksiyalarına daxildir”

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır