BANK

Azərbaycandan bu ölkəyə 1.67 mln. dollar pul köçürülüb
16 AVQUST
378

Azərbaycandan bu ölkəyə 1.67 mln. dollar pul köçürülüb

2019-08-16 15:58:00

2019-cu  ilin iyun ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 1.16 faiz artaraq 1.67 mln. dollar təşkil edib.Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilib ki, Azərbaycandan pul köçürmələrində illik artım tempi 3.92 faiz qeydə alınıb.

Hesabata əsasən iyun ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 143.6 mln. dollar məbləğində pul köçürmələri olub. Bu, ötən ilin hesabat dövrü ilə müqayisədə 6.3 faiz və ya 8.5 mln. dollar çoxdur. Köçürmələrin 93.5 faizi 17 ölkənin payına düşüb.

İyul ayında isə Azərbaycandan Gürcüstana köçürmələr 2,11 mln dollar təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,8 faiz çoxdur.

Ötən ay Azərbaycandan edilən köçürmələr ümumi köçürmələrin 1.4 faizini təşkil edib.

Hesabat ayında Gürcüstana ümumilikdə 154.5 mln dollar pul köçürmələri baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır