BANK

Azərbaycanda bu bankın rəhbəri avtokreditlərin verilməsi şərtlərinin yumşaldılmasını təklif edir
22 İYUL
461

Azərbaycanda bu bankın rəhbəri avtokreditlərin verilməsi şərtlərinin yumşaldılmasını təklif edir

2019-07-22 17:06:00

Azərbaycanda avtokreditlərin əldə olunması ilə bağlı hazırki şərtlər borc alanlar üçün həddən artıq sərtdir. Fins.az xəbər verir ki, “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.

“Hazırda avtokreditlərin əldə olunması üçün borc alanların iki böyük məhdudiyyəti var. Bu, 50% ilkin ödəniş və gəlirlərə krdeit üzrə aylıq ödənişin məbləğinin nisbətidir (50%-i keçməməlidir). Hesab edirəm ki, bu artıq tələbdir və ilkin ödənişin azaldılmasını tələb edən yeni yanaşa tələb olunur”, - Kirin jurnalistlərlə söhbət zamanı bildirib.

O qeyd edib ki, misal üçün, avtomobil müsadirə olunduğu halda borc üzrə risklərin ödənilməsi məqsədilə şərti olaraq 20% səviyyəsində ilkin ödəniş kifayət olacaq. Eyni zamanda, Kirin avtomobilin alışının krdeitləşməsi srtandartlarının düzgün olduğunu vurğulayıb. Həmin standartlar əhalinin glirlərinin 50%-ni keçməyən borc yükünün səviyyəsini müəyyən edir.

“Bu düzgün yanaşmadır – borc alan borcun ödənilməsi və xidmət olunmasına gəlirlərinin 50%-dən çoxunu ödəniş etməməlidir. Bu göstəricidən kənara çıxmaq qadağandır, buna götə tənzimləyici cəzalandırılır, bu düzügün və zamanında qəbul oluna qərardır”, - Kirin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır