BANK

12-19%-lə kredit verən bank
22 İYUL
300

12-19%-lə kredit verən bank

2019-07-22 15:38:00

 Xalq Bank bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb.Fins.az xəbər verir ki, bu badədə ASC “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumatda bildirilir. İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19% dərəcəsi ilə təklif olunur. Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20% təşkil edir. Bu addım Xalq Bankın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.

Xalq Bankın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19%, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20% verilir. Bank daxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12%-lə təklif olunur. Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır