BANK

13 İyul
20

"Fitch" Beynəlxalq reytinq agentliyi Azərbaycanın bu bankının reytinqini təstiq edib

"Fitch” beynəlxalq reytinq agentliyi “AFB Bank” ASC-nin uzunmüddətli defolt reytinqini (EDR) "B” səviyyəsində təsdiq edib.Fins.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun reytinq üzrə proqnozu “Sabit”dir.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.